Gəl, a könül, xoş görəlim bu dəmi
Gəl, a könül, xoş görəlim bu dəmi,Bu da böylə qalmaya bir gün ola.Kişi çəkmək gərək qüssəyi, qəmi,Haqdan gəlir, hər nə gəlsə bir qula.
Ər odur e’tiqad edə pirinə,Nəzər edə əvvəlü axirinə.Əlbət, yol qədimdir iltər yerinə,Sana kim neylərsə, sala gör yola.
Biz də bilirik ki, dostu, qardaşı,Bulamadım bir qara gün yoldaşı.Dost keçinib yüzə gülən qəllaşı,Bahasıdır, satmaq gərək bir pula.
Hər kişi bir xəyal ilə əglənir,Daim onun könlündə ol əglənir.Böylə olur sevdigim gah ağlanır,Kimi gördük qiyamətə dək gülə.
Qarunu gör bunadı, ya bulduqca,İnandı fələk yüzünə güldükcə.Sən eylik et, durma əldən gəldikcə,Dedilər: – Xalq bilməzsə, xaliq bilə.
Gerçək olan kişi dostdan ayrılmaz,Dəgmə kişidə həqiqət bulunmaz,Sən səni satsan, yedirsən, bilinməz,Bu zamanda kimsə yaramaz elə.
Xətayi, dünyanın ötəsi fani,Bizdən əvvəl bunda gələnlər qani?Sanma daim şad yürüyə düşməni,Bir gün olur növbət ona da gələ.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-gel-a-konul-xos-gorelim-bu-demi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey pəri, hüsnin sənin cani-cahandan yaxşıdır,Bəlkə, ancaq can deyil, canü cahandan yaxşıdır.
Ey sənəm, eşqində hərdəm bu könül bimardırEy sənəm, eşqində hərdəm bu könül bimardir,Eylə kim bülbül dəxi ba eşqi-güldür, zardir.
Ey sənəm, neyçün sənin vədən xilaf olmuş dururEy sənəm, neyçün sənin vədən xilaf olmuş durur?Mehrin az olmuş, vəli, qəhrin kəzaf olmuş durur?
Eylədim bünyad əvvəl bəndə az nami-xudaEylədim bünyad əvvəl bəndə əz nami-xuda,Ol yaratmış sərvəri-mərdan Əliyyül-Mürtəza.
Başqa şairlərin şeirləri
Qəfil bir ox atdın, tökdü qanımı,Qoymadı gəzməyəsə qalam, gedəm.
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən