Ey sənəm, eşqində hərdəm bu könül bimardir,Eylə kim bülbül dəxi ba eşqi-güldür, zardir.

Dün dedi həmdəm mənə: "kimdir sənin könlün alan?"Mən dedim: "bilməzmisən ol gözləri xunxaridir".

Nə əcəb yüz üstə ol zülfin yatursa hər zaman,Bu mühəqqəqdir ki, gənc üstə nigəhban mardir.

Möhnəti-hicran əlindən ey sənəm, ğəm çəkmənəm,Dərdi-eşqin, ey pəri, hərdəm mənə ğəmxardir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Necə tərk, etsin Xətai kuyiniznin vəsfini,Kim, şikəstə bülbülün daim yeri gülzardir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq