Keçər
Batinimdə dedi mənə bir əziz:– Məhəbbətdən keçən haqdan da keçər.Vermən nəsibini, kəsin qidasın,Məhəbbətdən keçən haqdan da keçər.
Məhəbbət adəmi haqqa yardır,Məhəbbət etməyən can murdardır,Dünyavü axirət yüzü qaradır,Məhəbbətdən keçən haqdan da keçər.
Gerçək olan bir nəfəsə inana,Canımız veririz qurban canana,Lə’nət olsun iqrarından dönənə,Məhəbbətdən keçən haqdan da keçər.
Dörd qapu, qırx məkan, yetmiş iki qat,Məhəbbət dedigin təcəlliyi-zat,Mö’minə, müslümə, xeyir, nəsihət,Məhəbbətdən keçən haqdan da keçər.
Məhəbbət dedigin xaslar xasıdır,Məhəbbət olmayan haqqın nəsidir?Dost Xətayinin bu, haqq nəfəsidir:Məhəbbətdən keçən haqdan da keçər.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-kecer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu sürahi, filməsəl, bir dilbəri canan durur,Rahi-ruhəfza anın içində nazik can durur.
Bu şahi-pürkərəm, sahibnəzərdirBu şahi-pürkərəm, sahibnəzərdir,Vilayətdir, yəqin nuri-bəsərdir.
Bu tübşi kim, yeri dər, ziri-padırBu tübşi kim, yeri dər, ziri-padır.Fələklər çərxi anın rəhnümadır.
Bürpərəst oldu könül, bütxanələr küncündədirBütpərəst oldu könül, bütxanələr küncündədir,Mən bilürmən bu dili-şeyda nələr küncündədir.
Başqa şairlərin şeirləri · İlahi eşq
Ey dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
GəlsinOturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsin
Ya təzədən yarat ya da…Aləm düşdü gözlərimdən,Mən aləmi dərk edəndən…