Bu tübşi kim, yeri dər, ziri-padır.Fələklər çərxi anın rəhnümadır.

Həmişə xaki sanmışdır özünü,Anınçün gözlər içrə tutiyadır.

Müdəvvərdir, müsəvvərdir, münəvvər,Yer üstə sureyi-şəmsüz-zühadır.

Anın müratinə bax həqqi gör kim,Kim, ol ayineyi-giytinümadır.

Yüzü ol şəms imiş bəzm əhli içrə,Təala şanəhü, əhli-liqadır.

Anınçün olmuş anın şərbəti pak,Ki, heyvan suyilən, yüz tən nəvadır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xətai, şükr qıl həqq qüdrətinə,Ki, həqqin bilməyən əhli-xətadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale