Degil
Bu yolun yolçusu olayım dersən,Əldə iki qarpız tutmalı degil.Dərviş olub şalvar geyəyim dersən,Gahi geyib, gahi atmalı degil.
Namərd bağçasında qönçə gül olmaz,Kamil ilə yoldaş olan yorulmaz,İki məxluq vardır, haqqa qul olmaz,Məğrurluq, kibirlik etməli degil.
Məğrurlar orada olurlar yalan,Kibr imiş yorulub yollarda qalan,Əgər yolçu isən, körpünü dolan,Göz görə çamura batmalı degil.
Qoyun quzusuna nasıl mələdi?Öküzün qulağın kimlər ənədi?Qərib bülbül gül dalında tünədi,Hər çalı başında ötməli degil.
Şah Xətayim imam Cəfər müxbiri,Haqqın yaranıdır Veysül-Qərəni,Haqqın xəznəsindən gələn gövhəriMüştəri olmadan satmalı degil.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-degil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əhli-həyatə söylərəm, ey həyyi-laməmat,Fani cahanda kimsəyə munis deyil həyat.
Ənbərin, zülfinmidir, ya müşki-tatarın dururƏnbərin, zülfinmidir, ya müşki-tatarın durur,Köydə kovkəb əqdi həm, lölöyi-şəhvarın durur.
Ərzə yazdım mən sənə, ey şah xubanım, mədəd!Ərzə yazdım mən sənə, ey şah xubanım, mədəd!Ərzi-halım sən bilirsən dinü imanım, mədəd!
Əya gül yüzlü, çöhrən ayə bənzər!Əya gül yüzlü, çöhrən ayə bənzər!Boyun bir sərvi-xoşbalayə bənzər!