Əya gül yüzlü, çöhrən ayə bənzər!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əya gül yüzlü, çöhrən ayə bənzər!Boyun bir sərvi-xoşbalayə bənzər!
Xədəngi-can fədadır qəmzən ey dust,Qaşın üstə qurulmuş yayə bənzər.
Cahanda bülbül olsam mən əcəbmi?Sənin yüzün güli-həmrayə bənzər!
Məlayik, hurinin gər hüsni xubdur,Yüzün andan dəxi zibayə bənzər.
Süfatın oxusa gülşəndə mütrib,Könül fəryadı cəngü nayə bənzər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Xətai, dilbərindir huri-rizvan,Otağı cənnətül-məvayə bənzər.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-eya-gul-yuzlu-cohren-aye-benzer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir,Bilməzəm canımmıdır, ya suvlu yarımdır gedir.
Ol kimsə kim, bu dünyəvü üqbadə şahdirOl kimsə kim, bu dünyəvü üqbadə şahdir,Həm ənbiyalər üstə ulu padşahdir.
Ol pəri kim, bu cahanda hüsninin həmtası yoxOl pəri kim, bu cahanda hüsninin həmtası yox,Sərvi-rənanın xuraman qəddinin balası yox.
Ol pəripeykər ki, çeşmimdən nihan olmuş dururOl pəripeykər ki, çeşmimdən nihan olmuş durur,Baqi ömrüm olsun, ol cismimdə can olmuş durur.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Anın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
Bəyaz çöllər'***1931**BƏYAZ ÇÖLLƏR****
Qıldı həngami-səfər sərvi-xuramanım vidaQıldı həngami-səfər sərvi-xuramanım vida,Vəqtidür qılsa təni-dilxəstəni canım vida.