Ərzə yazdım mən sənə, ey şah xubanım, mədəd!Ərzi-halım sən bilirsən dinü imanım, mədəd!

Şərmisarəm, pürgünahəm sən bağışla, ya kərim,Cümlələrni yarlığayın kamil ehsanım, mədəd!

Məstü Məcnun olmuşam mən firqətindən, ya həbib,Ey həqiqət aləmində incə ərkanım, mədəd!

Bu əlimdir daməniniz ya Əli yül-Mürtəza,Buyi-vəslindir sənin hər dərdə dərmanım, mədəd!

Hər yana əzm eylər olsan sureyi-Fəth oldu fəth,Açılar bağlı qapı dövlətli dərbanım, mədəd!

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətainin günahın sən gətirmə yüzinə,Şahi-mərdan, şiri-yəzdan, sirri-sübhanim, mədəd!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq