Tapşırıq
Dilə qafil olma zikri-xudadən,Ruzü şəb mədhini etgilən imla,Bil udur Mövla
Mövla səni hər kəs bir haqq bilməsə,Atəşi-dozəxə olur mübtəla,Kafirdir əsla
Əsli kafir olan bilməz Allahı,Kor olur gözləri görməz şahrahı,Xub mehbub yar etmiş Rəsulullahı,Cəmalında pərtovi-nuri-təcəlla,Cümlədən əla
Cümlədən əladır saqi-kövsər,Həsən ilə Hüseyn Şəbbir və Şəbbər,Ya Zeynülabidin Baqir ü Cəfər,Sizi sevənlər görməsin bəla,Gözləri şəhla
Gözləri şəhladır Musayi-Kazım,Ol İmam Rzaya vardır niyazım,Dönər başına misli-mülazım,Necə ki dolanır çərxi-müəlla,Yox dilimdə lə
La gətirmən Təqi şahə mən,Ol Həsən Əskəri qibləgahə mən,Mehdi yüzün gördüm, gəldim rahə mən,Mücrim Kərim dəftər oldu mücəlla,Oxusun molla
Kitabxana.az · https://kitabxana.az/works/mucrim-kerim-tapsiriq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əzəldə sultan yeridir bu yerlər,Qeysər ü xaqan yeridir bu yerlər,
Könlüm səni istərYüz mah münəvvər ola, könlüm səni istər,Yüz şəms müdəvvər ola, könlüm səni istər,
Yalvarım ağaBunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
Təcnis: Səhər dost zülfünə şanə çəkəndəSəhər dost zülfünə şanə çəkəndəYayılar aləmə abular bular.