Yaralı qurd
Alparslan Türkeşə
Bilə bilməm, nə gətirdi məni heyvanxanaya,Bir də gəlsəm, gərək, ey dost, məni aləm qınaya.
Orda bir qanlı qəfəsdən ulayan qurd gördüm,Gözlərindən saçılır şimşək, alov, od gördüm.
Öfkədən qan saçılırdı igidin çöhrəsinə,Toplamışdı gələn insanları öz dövrəsinə.
Düşünürdüm ki, səsi canlı qopuzdur, uddur,Bir yasaq səs eşidirdim: “Bu haman bozqurddur!..”
Ah, üzülmüşdü o, illərlə qalıb zindanda,Üz çevirmişdi böyük Tanrı neçin ondan da?!
Tanrı türkü qorusun, söylədim, amin, qorusun!Tanrı qurdu qorusun, rəmzi olubdur ulusun!
Tanrı türkü qorusun, nurunu salsın yurda,Bir də duydum ki, səsim çatdı haman bozqurda!
Bir də baxdım ki o qurd dalğa kimi şaxlandı,Bir də gördüm ki, oğuzlar kimi qurşaxlandı.
Uluyarkən ulu Allaha varırdı sanki,Çıxacaq yox, çıxacaqlar çıxarırdı sanki.
Çıxacaqdı ürəyim mərmi kimi köksümdən,Çaxacaqdı diləyim mərmi kimi köksümdən.
Atılırdım o canım qurdu sıxan dar qəfəsə,Sığışarmı ürəyi dağda vuranlar qəfəsə?!
Nerədənsə ucalan türkü dedi haydı mənə,O igid qurd necə munis, necə doğmaydı mənə!
Zillədim gözlərimi, gözlərinə göz qoydum,Öz əlimlə yarılan bağrıma bir köz qoydum.
Nə günə qalmış idim orda, duyurdu bozqurd,Qurda dönmüş, uluyurdum, uluyurdu bozqurd!
Uluyurdum, ulu yurdum, uluyurdum, uluyur,Ulu yurdum, uluyurdum, ulu yurdum, uluyur!
Tanrı qurdu qorusun, rəmzi olubdur ulusun,Tanrı türkü qorusun, söylədim, amin, qorusun!..
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-yarali-qurd
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən çocuqkən düşünüb türklüyümü dərk etdim,Ruhumu, varlığımı, mənliyimi Türk etdim.
Qara dənizSənin üstündə buludlar çağlar,Yıldırımlar qopar altında sənin!
DostKönlüm ömrüm boyu dostlarla dolaydı deyirəm,Dost olan dostunu dar gündə bulaydı, deyirəm,
UlutürkSanma tərk oldu Rıza oğlu Xəlil,Bizə görk oldu Rıza oğlu Xəlil!