Sabah yeli
Sabah yeli, sabah yeli,Nə əsərsən dəli-dəli?
Dalğalanır dan yerində,Günəşin uca məşəli.
Göydə cərgələnən quşlar,Ötər nəşəli-nəşəli.
Yamaclar qızıl laləli,Çəmənlər mor bənövşəli.
Duman çəkilir, açılır,Təbiətin dağ heykəli.
Sərib gözəllikləriniBahar, gözəllər gözəli,
Sığal çəkir təbiətin,Öz camalına öz əli.
Mavi göylər bulud-bulud,Yerlər bulaqlı, meşəli.
Sabah yeli, sabah yeli,Nə əsərsən dəli-dəli?!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-sabah-yeli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Varlı insan o deyil ki malı, mülkü, pulu var,İgidin yoxsulu yoxdur, yazığın yoxsulu var.
Kükrəyən dalğa deməzlər köpürən bir ləpəyəKükrəyən dalğa deməzlər köpürən bir ləpəyə,Ucalan zirvə deməzlər ağaran bir təpəyə,
AçılmadıAlçaqlar ordularla, silahlarla gəldilər,Yaxdıqca yaxdılar bizi, böldükcə böldülər,
XankəndimBir gülüstandı, soldu Xankəndim,Ulayanlarla doldu Xankəndim,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Yarın bağçasında üç gül açılıb,Ağ gül, qırmızı gül, illah sarı gül.
بر سبزه نشست میپرستان چه خوشست!بر گل نفس هزاردستان چه خوشست!
QayıtdıBir maral baxışlı, tərlan cilvəli,Gəlib məni gördü, güldü, qayıtdı.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah