Bir maral baxışlı, tərlan cilvəli,Gəlib məni gördü, güldü, qayıtdı.Pünhanı göstərdi gül camalını,Buxağına şəbnəm doldu, qayıtdı.

Mən görmüşəm gözəllərin çoxunu,Belə olmaz ancaq boyu-buxunu,Müşkanından çəkib xədəng oxunu,Yaralı sinəmə çaldı, qayıtdı.

Gözləyərkən gözlərimə sataşdı,Xəstə canım eşq oduna tutuşdu.Şəhrayıdan qıya baxıb ötüşdü,Ağ Aşığa nəzər saldı, qayıtdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar