Dərdin karvanıyam, qəmin suvarı,Üzüm gülməyəcək nə vaxta kimi?!Gecəli-gündüzlü işığa həsrət,Yanıb-sönməyəcək nə vaxta kimi?!

Fərraş hüzurunda qolubağlıyam,Müxənnət kəndxuda-sinədağlıyam,Haqq-ədalət hanı, dərdim ağlıyam,Dərdim dönməyəcək nə vaxta kimi?!

Sərdar Hüseyn kimi sitəmkar olmaz,Zülmündən dünyada kimsənə qalmaz,Ağ Aşıq, dərdini təbib də bilməz,Məlhəm gözləyəcək nə vaxta kimi?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri