Dərya kimi çalxalanıb daşırsan,Salırsan Göyçəyə qalmaqal, Gilli.Bəy-xan kimi çox həddini aşırsan.Vermirsən yolçuya bir macal, Gilli.

Müddətdir vətəndən düşmüşəm uzaq.Əl çəkmir yaxamdan pristav, kazak,Öldürdün atamı, özüm qaldım sağ,Canımda qalmayıb bir halda Gilli.

Allahverdi kimə desin bu dərdi,Bəzirganam yüküm qəmdi-kədərdi,Elin dərdi mənimkindən betərdi,Salan yoxdur bir üstündən, sal Gilli.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən