Çatmadım
Sevda məni çətin yola çağırdı,Dərələri aşdım yara çatmadım.Pir yaşımda intizardan zar oldum,Tuş oldıım çovğuna, qara çatmadım.
Gözəllərdə min dil gördüm, min də fel,Kəmənd oldu boğazımda qara tel,Görüş vaxtı tufan qopdu, əsdi yel,Atdı məni uzaqlara çatmadım.
Baxdım bəmə çəkdi, qalxanda zilə.Gözü, könlü ac, gedirəm mənzilə,Ağ Aşıq həsrətdi bir şirin dilə,Keçdi günüm, düz ilqara çatmadım.
Kitabxana.az · https://kitabxana.az/works/ag-asiq-allahverdi-catmadim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Çırpınma
Bir günəşdir ucalıqlarda, yenilməz sevgi,Onun aləmdə vüsal bayramı, hicran yasıdır.
ای از غم هجران تو ای طرفه نگاردر هر نفسی شکایتم بودی کار
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəmKuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,Kipriyimlə asitanın gərdini pak eylərəm.
Sənsiz nə çətin imişSənsiz nə çətin imişgecə ilə bacarmaq.