Dərdimi
Zəhmət ilən bağça saldım becərdim,Müştaq oldu qəmxarına ha dərdim.Bülbül tək gül üçün candan keçərdim,Müştaq oldu qəmxarına ha dərdim.
Qızlgül becərdim ərşə boy atdı,Ah-fəğanım el-obanı oyatdı,Fələk məni bəxtiqara yaratdı,Müştaq oldu qəmxarına ha dərdim.
Ağ Aşıq tutuldu gündə min dərdə,Huş getdi, qalmadı ağılda, sərdə,Ayrılıq üz verdi bu bəd səfərdə,Müştaq oldu qəmxarına ha dərdim.
Kitabxana.az · https://kitabxana.az/works/ag-asiq-allahverdi-derdimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir