Sən baharın qonağısanBoynu buruq bənövşələr.Eşq əhlilər qınağısanBoynu buruq bənövşələr.

Məcnun Leyla xəyalında,Kərəm Əsli sorağında,Qurbaninin qəm bağındaBoynu buruq bənövşələr.

Ağ Aşığın bəxti kəmdi,Fələkdən bu bir sitəmdi,Dərdim bil səndən betərdiBoynu buruq bənövşələr.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar