Görən deyir bir cənnətdirQazanlıqda Güllü dərə,Bolqarıstan, Bolqarıstan!Qızlar mahnı oxuyurlarAl gülləri dərə-dərə,Bolqarıstan, Bolqarıstan!Baxışlar saf, ürəklər saf,Əməllər saf, diləklər saf,Torpaq deyil, bir röyadırSanki aləm başdan-başa.Hər kiçik daş bir tarixdir,Hər mənzərə bir tamaşa!Bolqarıstan, Bolqarıstan!Hara baxsan, gül qoxuyur...Gül qoxuyur axan sularGül qoxuyur şirin sözlər,Gül qoxuyur saf duyğular.Gül qoxuyur bu boz dağın,Gül qoxuyur göy yarpağın...Nə gözəldir bu calalın,Nə qəşəngdir bu növrağın,Bolqarıstan, Bolqarıstan!Dünya tamam gülə batsın,Gülə batsın göy də, yer də!Dustaq olub ağlamasınXoş arzular könüllərdə.Uzunburun toplar sussun!..Gözəl olsun daim həyat,Yas görməsin, qoy sevinibGül qoxusun bu kainat,Bolqarıstan, Bolqarıstan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar