Bolqarıstan...Qızıl qumlar...Odlu günəş...Qara dəniz...Dəstə-dəstə göy sulardaSəhər-axşam çimirik bizÇimir alman, çimir bolqar.Çimir çex də, fransız da;

Çimir oğlan, çimir qız da.Bədənimiz gündə yanmış,Qollarımız polad kimi.Gəlir bəzən üstümüzəBoz dalğalar harın-harın –Şahə qalxmış bir at kimi.Bu qardaşlıq dənizindəBirdir sözü insanların,Birdir fikri, hər arzusu,Görən gözü insanların,Saçlar qara, saçlar sarı,Olsa da bil:İnsan oğluÖz eşqindən,Öz sözündən dönən deyil...Qəlbi xain, özü xain,Fikri xain, sözü xainOlan da var, burda əlbət.O namərdlər nə dost bilir,Nə bir vicdan, nə sədaqət.Bəzən hara əssə küləkOnlar ora dönür dərhal,Nə söz qanır, nə də amal!..Lakin həyat,Lakin zaman,Çalxandıqca zaman-zaman.Su üzündə köpük kimiYox olurlar onlar, inan!..Çünki şərin, xəyanətinÖmrü qısa, gözü dardır,Yalnız haqda, ədalətdəBir ölməyən həyat vardır!..Çalxan sən də, gurla, çalxan!Çalxan yenə, Qara dəniz!Üstündəki göylər aydın,Özün gözəl, suyun təmiz!..Çalxan! Şerim bir quş olubMəskən salsın göy sinəndə,Nə hikmətlər, nə mənalarDuydu könlüm bu gün səndə!..Gəl dost olaq, alqışlayaqQardaşlığı, bu ülfəti,Göy üzündə al günəşi,Yerdə bu saf məhəbbəti!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri