Xəyalımdan getməyirUca dağlar qoynundaBir kiçik kənd – Almalıq.Orda mənə türk qızıVerdi o gün sevincləBir ağ yaylıq – anmalık.O yaylığın üstündəÇəkmişdir rəssam əli:

Bir az torpaq,Bir az su;Bir al günəş,Bir ağ gül.Görən deyir: nə safdırSənətkarın əməli,Sənətkarın duyğusu!İllər keçib o gündən...Nə vaxt açıb yaylığıTamaşa etsəm ona;Sanki baxır gözlərimBərəkətli, bəxtiyar,Bir sevimli cahana...Otağıma tökülür:Günəş ətri, gül ətri...Qanadlanır ilhamım,Heç yorulmaq bilməyir,

Vurur sinəmdə ürək.Dönüb bir gülüstanaBolqarıstan torpağıKönlümdə açır çiçək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar