– Neçin pəncərəmi döydün, ey külək?– Odur bax, yar gəlir... Çiynində örpək!– Sən görən deyiləm... Keçibdir yaşım,Ağarıb saqqalım, ağarıb başım...– Eşqə nə yaş vardır, nə də ki, zaman,Onunla kamala dolacaq insan!– Bələdəm, bələdəm o ülviyyətə,Daim can atdığım əbədiyyətə!Amma ki, neyləmək!– Aç pəncərəni,O bahar, o günəş qoy öpsün səni!– De, gəlsin... Getməmiş ixtiyar əldən,Qovuşum o məna dünyasına mən!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq