Əllərin sənin
Bir ağ göyərçin kimi ovcumun içindəSıxılmışdır əllərin sənin!Nə incə, nə qəşəngdir,Sanki bir ağ çiçəkdir –Əllərin sənin!Gözlərimə qonanda ayrılığın kədəri –Qəlbim sənsiz vurmayır;Vüsalına yetəndə unuduram qəmləri,Könlüm qərar tutaraq bir nöqtədə durmayır.Ömrümə rövnəq verənBir həyatdır əllərin sənin!Qonub çiyinləriməMəni göyə qaldıranBir qanaddır əllərin sənin!Sən sevgilim,Qadınım,Kommunist yoldaşımsan;Sən ən ağır günlərdəVəfalı sirdaşımsan!Dünən,Mən,Alovlardan keçərkənMənimlə tüfəng tutduDöyüşdəəllərin sənin!Oldu mənə bir arxa,Oldu mənə bir həmdəmhər işdə əllərin sənin!Əllər – zəhmət,Əllər – dostluq,Əllər – bir saf məhəbbət,İnan, olacaqdır hər zamanMənimlə əllərin sənin!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-ellerin-senin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sən, ağa, bizlər ucun ruhi-rəvansan, getmə,Nə həmin bizlər ucun, aləmə cansan, getmə.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
“Ey könül, yatmagilən, dur gözün aç, bidar ol!”Ey könül, yatmagilən, dur gözün aç, bidar ol!Xabi-qəflətdən oyan bir, bu zaman hüşyar ol!