Bu gecə şaqşaraq çalxandı dəniz
I
Bu gecə şaqşaraq çalxandı dənizSahildə dağlarla döyüşdü sular.Seyr etdik maraqla bu aləmi biz,Və dedik: “Dənizdə böyük qüdrət var!..”
İndi sular olmuş sahilə həmdəm,Tufan bir aləmdir, sükut bir aləm!
II
Mən isə düşündüm sahil uzunu,Çarpışdım həmişə boranla, qarla;Bəs şair necədir? Soruşdum bunu,Soruşdum özümdən bir intizarla.
Alıb pəncəsinə bu kainatıUçanda göylərə qüdrətlə ilham,Birdən dağılarsa əgər büsatı,Onu seyr edərmi, söylə bir adam?!
Yox, mənim ilhamım! Sən enmə yerə,Daim qartal olub ucal göylərə!..
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-bu-gece-saqsaraq-calxandi-deniz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qurumuş bir dağ çayı...yatağında çınqıl, qum,
Gecə, döyüşqabağıGecə, döyüşqabağı,səngərə çökdü sükut,
Tökül, ey dağ çayı, uç qayalarda!Tökül, ey dağ çayı, uç qayalarda!Sonra şırıldayıb ax çəmənlərdən.
Hacıkənd, Sarı yal, hardasınız siz?Hacıkənd, Sarı yal, hardasınız siz?Hardasan, hardasan, Armudlu bulaq?
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əcəb sevdadı bu, sevdayə düşdüm,Rəhi-eşqin tutub qovğayə düşdüm.
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.
GörümBülbül kimi bu gülşənə gəlmişəm,Lalə görüm, sünbül gorüm, gül görüm.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm