Əcəb sevdadı bu, sevdayə düşdüm,Rəhi-eşqin tutub qovğayə düşdüm.

Nə dünyada gəzib kamə irişdim,Nə fikri-yar ol üqbayə düşdüm.

Rəhi-eşqini əvvəl səhl sandım,Bəli, axırda ahu vayə düşdüm.

Soraği-buyi-zülfini səbadənEşitdim. ta belə səhrayə düşdüm.

Nə bir lölö ələ saldım. nə bir dür,Əbəs. ğəvvas olub dəryayə düşdüm.

Ədəm beytində biruhi-ğəm ikənDüçari-ğəm olub dünyayə düşdüm.

Dəmi-gülzari-vəslində gəzərkənDiyari-hicr tək məvayə düşdüm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kəminə can nisar eylərdi mütləq,Yoxumdur can ki mən bimayə düşdüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq