Gecə, döyüşqabağı,səngərə çökdü sükut,Ürəyimdə sabaha –qələbəyə bir ümidMən baxdım dostlarıma...Sonra kibrit çıxarıbyandırdım tənbəkimi.Dalaraq düşüncəyəoxşadım əllərimləvəfalı tüfəngimi.Tənbəkinin ucundakim görürdü bu odu –Palıd gözü sanırdı.Ancaq onlar bilmirdiTənbəkidə deyil o,Ürəyimdə yanırdı!..Bu od, birdən çoxaldı...Dan sökəndə üfüqdəolub payız buluduİntiqamla, qəzəbləbiz düşmənin üstünəsəpələdik bu odu...Düşmən, elə sandı ki,yana-yana döyüşdəkülə dönüb solmuşam...Xeyr! O gün davadaMən odlardan yarananBir əfsanə olmuşam!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri