Dəniz olmaq istədim...
Mən vurğunam dənizə!Baxdıqca hey sulara,Ürəyimdə göynədiGecə-gündüz bir yara.Dəniz olmaq istədim –Qasırğalı, tufanlı,Nəhayətsiz bir dəniz!Dəniz olmaq istədim...Bəzən çənli, dumanlı,Bəzən isə sinəsiAyna kimi tərtəmiz,Sularında ay üzənMavi rəngli bir dəniz!Dəniz olmaq istədim...Nə dost bilim, nə düşmən,Unudum dərdi, qəmi,Qağayılar, balıqlarOlsun hər vaxt, hər zaman,Sularımın həmdəmi!..Dəniz olmaq istədim...Tüğyana gəlib hərdənÇırpılıb boz daşlaraÇilik-çilik olum mən!Hərdən də qollarımıQayalarda çataraq,Baş qoyum sahillərəQuzu kimi yataraq!Dəniz olmaq istədim...Ayrılıb düşüncədən,Əzabdan, işgəncədən– Yox! – söylədim özümə.Səma, dəniz və insanHərəsi bir cilvədəGöründülər gözümə.Baxdım: İnsan gözəldir!Gözəldir insan olmaq!İnsanla bir qüdrətdəNə dəniz var, nə də dağ.Sən ondakı kamala,Ondakı hünərə bax!Vurulsam da dənizə,Gözəldir insan olmaq!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-deniz-olmaq-istedim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Atılıb yol üstdə qalan bir daşa,Canlı həyat verdi bir usta əli.
Doğrunun üstünə qışqırdı oğruDoğrunun üstünə qışqırdı oğru:– Bəs hanı həqiqət, böyük həqiqət?!
Başı qırxılmayıb dağlı başı təkRəsul Həmzətova*Başı qırxılmayıb dağlı başı tək,
İldırım göylərdə çaxdı hiddətləİldırım göylərdə çaxdı hiddətlə,Sanki tufan qopdu dərədə, dağda!
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gülün eşqiylə nədəndir çağlar,Çağlamaqdan darılıbdır bülbül.
AxşamüstüGünəş solğun. Üfüq də tutulmuş kimi dərdə,Orda sarı buludlar sallanır pərdə-pərdə
YoxduQəm, qüssəm başımdan aşıb,Mən tək dərddə qalan yoxdu.
Ailə həyatımın on altı illiyiSəməd Vurğuna ithaf edirəm*Vurğunum, get-gedə gəncləşir könül,