İldırım göylərdə çaxdı hiddətlə
İldırım göylərdə çaxdı hiddətlə,Sanki tufan qopdu dərədə, dağda!Bir an keçdi... yatdı bir sükunətlə,Unutdu bu səsi dərə də, dağ da.
Ürək də, əzizim, bir asimandır:Çaxır ildırımlar min bir küləkdə!Əzəldən sirdaşı onun insandır,Ürəkdən qopan söz qalır ürəkdə!..
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-ildirim-goylerde-caxdi-hiddetle
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Bulaq, gözəl bulaq, belə axıb sənSöylə, bu dağlardan hara gedirsən?
– Söylə, ey ildırım, nə üçün sənin– Söylə, ey ildırım, nə üçün səninOddan, alovdandır bütün bədənin?
Dağ mehiDağ başından meh əsdi...Aşdı təpə, keçdi düz,
Bağbanla söhbət– Bağban qardaş, nə əkirsən? –Yerə qoydu pöhrəni,
Başqa şairlərin şeirləri
Söylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
İllər ayrıcındaİllər ayrıcında, vaxt ayrıcında,Tale ayrıcında, baxt ayrıcında