– Söylə, ey ildırım, nə üçün səninOddan, alovdandır bütün bədənin?– Mən odla, alovla çaxmasam, inan,Dağılmaz bu zülmət, uçmaz o duman!– Səndəki qəhqəhə, səndəki gülüş

Elə bil nifrətdən, kindən tökülmüş?– Heç yeri varmı,De, bunsuz döyüşə girmək olarmı?!İnsan da qəzəbi öyrəndi məndən!..

– Çoxmu çaxacaqsan bu göylərdə sən?– Bilmirəm... Nə qədər bu çöl, bu yamac,Yağışa və suya duyur ehtiyac,Nə qədər göylərdə qara bulud var,Bu qatı, zülmət var, qatı sükut var,Onları yandırıb yaxacağam mən,Od töküb göylərdə çaxacağam mən!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar