Rəsul Həmzətova

Başı qırxılmayıb dağlı başı tək,Belində xəncər yox; xəncəri sözdür.Elə bil qartaldır köksündə ürək,İlhamı çay deyil, coşqun dənizdir!..

Üzündə mehriban dağlı gülüşü,Həm də ki, bir kamal duyulur bunda!Saçında gördüyün bu ağ gümüşüDağlar səpələyib qarda, tufanda.Bu eşqi Dağıstan veribdir ona,Amma sığışmadı o, Dağıstana!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri