Ailə həyatımın on altı illiyi
Səməd Vurğuna ithaf edirəm
Vurğunum, get-gedə gəncləşir könül,Ömrümün bağçası açır qönçə gül.Görəli on altı çiçəkli bir yaz,Daşqın bir dənizəm, könlüm bulanmaz.Sanmayın saçlarım ağarmış, bozdur,Bağçada güllərdən qonan ağ tozdur.Bir təzə baharam, düşsəm də qışa,Çiçəkli dağlarla girdim yarışa.Arxamı dayadım ağır ellərə,Uymadım bulanıq axan sellərə.Elimi, ölkəmi sevən qəlbim var,Canımdan artıqdır bu el, bu diyar.Ürəyim şəfəqdən oynaqdır, şəndir,Dan yeri sökəndə açan gülşəndir.İşığı ay, günəş ruhumdan alır.Ulduzlar gözümdən aydınlıq çalır.Dünyada nə həsəd bildim, nə də kin,İpəkdən yumşağam, poladdan kəskin.Uymadım sərvətə, ada, şöhrətə;Uymadım yol vuran keyfə, işrətə.Elimin, ölkəmin doğma oğluyam,Maskam da olmamış, nəyəmsə buyam!Sarsılmaz inamım və iradəm var,Bunlardır yaşadan məni bəxtiyar.Hər zaman zindəyəm, hər zaman gəncəm,Şahları mat edən canlı şətrəncəm.Hey qüvvət alıram sıra dağlardan,Onunçün qocalmaq bilmərəm, inan!Vurğunum, olsa da əlli beş yaşım,Keçmişdə fəlakət çəkdisə başım,Düşdümsə ən çətin eniş, yoxuşa,Həyat yollarında mənimlə qoşaBu gün ən vəfalı bir yoldaşım var,Yaşarıq həm sadə, həm də bəxtiyar.İnqilab içində verdik əl-ələ.Qurduq ən səmimi, sağlam ailə.Bu gün üç pioner – üç uşağım var.Qarşımda şən, yeni bir həyat qaynar.Gül-çiçək açılır gülüşlərindən,Dan yeri sökülür görüşlərindən.Alnında parlayır əsrin ulduzu.İkisi el oğlu, biri el qızı.Tutmuş əllərindən bu mühit, bir-birOnlara həyat və bilik öyrədir.Vüqarla səslənir: – Atıl irəli!Gördükcə onlarda coşan hünəri,Baxdıqca onlara, boydaşlarına,Baxdıqca səadət saçan hər yana,Oynadır qəlbimi sevimli bir hal,Coşur duyğularım, yüksəlir xəyal.Zehnimdə başqa bir aləm canlanır,Köksümün içində bir çıraq yanır.Atalıq qürurum artır get-gedə,Deyirəm qardaşlıq, dostluq elindəMən də bir kişiyəm – öz növrağım var,Üç qızıl əsgərim, üç uşağım var!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-aile-heyatimin-on-alti-illiyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hardasız, ey vətən qayıqçıları?Qaldı dərya üzündə yelkəniniz.
Sükutumdan şikayətçi bir qadınaSoruşursan: – Nədir bu əczü sükut?– Məni hüsnündür eyləyən məbhut,
QışParça-parça düşərək quşbaşı, göydən yerə qar,Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar.
Gələcək qorxusuSislə, buludlarla qaralmış bayır,Mürgüləyir dağ-dərə, səhra, çayır.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Sənin, ey şux məlaikzada, qurbanın olum,Gəlmişəm dərgahına mən dada, qurbanın olum,
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
Verdim o gün ki, zülfi-pərişanə könlümüVerdim o gün ki, zülfi-pərişanə könlümü,Saldı nigar o zülfdə zindanə könlümü.