Gələcək qorxusu
Sislə, buludlarla qaralmış bayır,Mürgüləyir dağ-dərə, səhra, çayır.Hər yerə hökm etmədədir qar, boran,Yox bir işıq; zülmət içində cahan.Bir kiçicik daxmada ancaq çiraSaçmada ətrafına ölgün ziya.Yorğanın altında yatır bir çocuq,Tükləri qıvrım, bəti-bənzi soluq.Yataqda xəstə atası inləyir,Xəstəliyi get-gedə şiddət edir.Pəncələşir müdhiş olan ölümlə,Həsrəti var, ölməmək istər hələ.Baş tərəfində oturub bir qadın,Hey düşünür xəstəni və övladın.Göz yaşını gah axıdır, gah silir,Bağrını qorxu və düşüncə dəlir:– Gəl, ey əcəl, mərhəmət et körpəmə!Qıyma yetim tək bata dərdə, qəmə!Göylərə yüksəlməyə ah-naləsi,Yoxdur onun arxa duran kimsəsi.Bir dənədir, şıltağını çəkən yox.Xış götürüb tarlasını əkən yox.Kim verib kəl tarlasını xışlayar?Kim günəş altında yanar, işləyər?Kim qoruyar mal-qarasın, bəsləyər?Bunlara kim qatlaşar ah, kim edər?Arpasını, buğdasını kim biçər?Dərz vurub xırmanını kim döyər?Kim meşəyə qışda odunçun gedər?Bunlara kim qatlaşar, ah, kim edər?Etmə bizi yurdumuzdan dərbədər,Yox köməyim, qorxuludur bu səfər.Xəstə ata inləyərək zarıldar,Körpəsi isə yuxuda xoruldar.Olmuş ana bir həyəcan heykəli,Dırmalayır köksünü matəm əli.Xəstəyə baxdıqca olur bağrı qan,Uğuldayır damda, bayırda boran...
Kitabxana.az · https://kitabxana.az/works/saiq-gelecek-qorxusu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.