Ey Kür çayı, daşırsan,Sahilləri aşırsan;Tarlalarda, bağlardaBizimlə oynaşırsan.

Ey Kür çayı, dalğan ağ,Suyun gümüşdən parlaq;Yol sal bizim bağçaya,Sən çal, biz də oynayaq.

Ey kür çayı, gəl barı,Bizim dəhnəyə sarı,Aç qoynunu yuyunsunElin oğul, qızları.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri