Ey vətən, ey gözəllərin gözəli!Qəlbimin ey sevimli şah əməli!Sel kimi hey coşur, daşır könlüm,Səni azad, bəxtiyar görəli.

Səndədir mizrabı könül sazımın,Çala bilməz onu yabançı əli.Hüsnünün şöhrəti yaman artır,Telinə al çiçəkləri düzəli.Azərilər yolunda can qoymuş,Basmısan bağrına sevimli eli.Unudarmı səni bu mərd ellər,Ey vətən, ey gözəllərin gözəli?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən