Unutma
Aşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.Yaxşı dolan, təmiz saxla admı,Dost yanında etibarı unutma.
Halal mala haram qatmaq nə lazım?Hədər yerə kaman atmaq nə lazım?Yar-yoldaşa yalan satmaq nə lazım?Əhdi-peyman, düz ilqarı unutma.
Miskin Abdal, bir qonaqsan dünyada,Könlün bir dəryadı, ürəyin ada,İstəsən ki, yetişəsən murada,Yaş torpağı, dar məzarı unutma.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-abdal-unutma
← → düymələri ilə keçid, R — təsadüfi şeir