Çöllərindir şən,Hər yerin gülşən.Sən nə gözəlsən,Ey ana Vətən!

Bağdır, əkindirHər bir bucağın.Qızıl təkindirSarı torpağın.

Böyütdün bizi,Verdin qol-qanad.Yoxdur qəm izi,Şəndir bu həyat.

Qəlbim, canımsan,Ey ana yurdum!İsti qoynundaŞən yuva qurdum.

Çöllərindir şən,Hər yerin gülşən.Sən nə gözəlsən,Ey ana Vətən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən