Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib,Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.

Həmdlər xaliqi-bimislə ki, Şirvanı genə,Salmağa tazədən ol müğbəçə samanə gəlib.

Meydə yox ləli-ləbində olan asari-səfa,Sanma ki, gərdişə hərgiz belə peymanə gəlib.

Vərəqi-arizi-alın görüb ol lalə rüxün,Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib.

Məqtə — şairin təxəllüsü olan son beyt. Demərəm adını mən, bax səri-hər beytə bu gün,Bilisən Seyyid özün kimdi ki, Şirvanə gəlib.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq