Əqlim olursa mane bu eşqi-purhicabə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əqlim olursa mane bu eşqi-purhicabə,Gəlməz fəqət bu eşqin sevdaləri hesabə.
Eşqin müqabilində gücsüz qalır düşüncə,Şam da işıq verərmi heç nurlu aftabə?!
Dostun yanında bir dəm, başım həvasız olmaz,Gözlər düşər məlalə, qəlb isə iztirabə.
Yuxuda da rahatlıq yoxdur o zülfü xaldan.Qoymazlar ki, bu gözlər getsin bir azca xabə,
Xanəndənin sədası, mey camı, bağ səfası,Bir od vurar bu canə, necə ki, od kəbabə
Vəslində heyrətdəyəm, hicrində intizarda,Kim rast gəlib bu halda bir eşqi-kamiyabə?!
Məqtə — şairin təxəllüsü olan son beyt. Qüdsi, bu eşq ürəkdən çıxmaz, nahaq çalışma,Qoy eşq əmr versin artıq bu dilxərabə.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-eqlim-olursa-mane-bu-esqi-purhicabe
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil,Pirəhən yox, bəlkə bir beytül-həzən peyda deyil,
Aman ki, ol zalim canan ğarəti-can edib getdiAman ki, ol zalim canan ğarəti-can edib getdi,Bu sinəmi bir şuridə qələ, zindan edib getdi.
Arizu eylər könül dildar gəlsin, gəlmədiArizu eylər könül dildar gəlsin, gəlmədi.Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.
Bica yerə etmir qaşına səcdə hər əhbabBica yerə etmir qaşına səcdə hər əhbab,Çünki sayılar qiblə hər an guşeyi-mehrab.
Başqa şairlərin şeirləri · Eşq
Gəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.
Su verSallanıban bağdan gələn ay maralım, bir su ver.Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm