Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər,Qəmlərə düşmüş könüldən getdi ümmidi-səhər.
Mən ki, dərddən etmərəm bir an şikayət, dinmərəm,Ki, neçin ovçum unutmuş torda, etməz bir nəzər.
Vardı qəlbimdə ümidim, arizum, ancaq nedim,Oldum avarə, bu ömrüm, ah, keçdi çox hədər.
Mən salıb yadə keçən xoş günləri dostlar ilə,Ağlaram fəryad ilə qəlbimdə sonsuzdur kədər.
Yar yanında dərdi mən bir an da duymazdım aman,Gör ki, bu zalım fələk etdi mənə nə zülmlər?!
Gər zaman bundan sora gülsə mənə mənası yox,Bir balıq çıxsa sudan başqa nəvaziş nə edər?
Məqtə — şairin təxəllüsü olan son beyt. Mən daha bir an belə vaiz sözün etməm qəbul,Tiflisin küncündə bu ömrü keçirrəm bəxtəvər.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-oyresib-bu-qurbete-oldum-vetenden-bixeber
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşitdim: pul verib təbibə səhər--Bir xəstə üstünə dəvət etdilər.
Mişkatu-l-ənvarEy düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,Zahidlikdə mən görmürəm nicat,üçün əlamət.
Bəyani-halBadisəba, qurban olum, aç qapımı əsərək,Mənə səndən başqa yoxdur bu dünyada bir kömək.
Məqsədin kəşfiDostlar, mənim əhvalımdan siz olunuz baxəbər,Gorun mənim şadlığımdan qalmışdırmı bir əsər?
Başqa şairlərin şeirləri · Fələk və tale
Qəm məni çulğayıb saldı dəryaya,Cəhd eylədim çıxam ay üzə-üzə.
GörmədimVahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədim
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Tehrandan-ParisəKaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.