Qəm məni çulğayıb saldı dəryaya,Cəhd eylədim çıxam ay üzə-üzə.Oğrun-oğrun öz oduma yanıram,Qəza vurub saldı ay üzə-üzə.

Yarananda borclu olub bir cana,Bənzəmədim nə sultana, nə xana.Dolandım dünyanı, bildim əfsana,Bu cavan canımı ay üzə-üzə.

O gün olarmı ki, şad olub gülək,Sən əydin qəddimi, ay qoca fələk.Alı, yaradandan sən eylə dilək, -O, deyər dərdini ay üzə, üzə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale