Ay ağa haray
Əyildi qamətim, büküldü belim,Sən yetiş dadıma, ay ağa, haray!Könül coşdu qanadlanıb uçmağaYanıbdı şahpərim ayağa, haray.
Balıq olan suda üzməz lələksiz,Tərlan olan göydə uçmaz qənətsizAslan olan sözü ötməz köməksiz,Sən yetiş köməyə, ay ağa, haray.
Çağırram qulunu qoyma sərgərdar,Düşmüşəm qovğaya gəl məni qurtar,Ağalar ağası, ya Şahısuvar,Sən yetiş imdada, ay ağa haray.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-ay-aga-haray
← → düymələri ilə keçid, R — təsadüfi şeir