Gözəllər söhbətin salma araya,Mən gözəli binasınnan tanıram.Əsli gözəl olan əslin itirməz,Atasınnan, anasınnan tanıram.

Yadlar kəməndinə salmaz özünü,Müddahiyə deməz dostun sözünü.Bədnəzərdən dalda tutar özünü,Örpəyinnən, cunasınnan tanıram.

Mən Şahi-Mərdana meylim salmışam,Pünhani dərsimi çoxdan almışam.Alıyam, Bəstimi haxdan almışam,Əllərinin xınasınnan tanıram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri