Söz oldu
Fələk mənə cövr eylədi dünyada,Yaxşı günüm yaman gündən az oldu.Bəydən nəmər aldım, ağadan ənam,Müxtəsəri, qazandığım bez oldu.
Mən xabı-qəflətdə yatıb qalmadım,Nakəs adamlarla ülfət qılmadım,Mülkə, mala zərrə tamah salmadım,Çox gördüm zər-ziba bir gün toz oldu.
Cavanlığım qeybə çıxdı əlimdən,Həlqə, oldu gündən günə belimdən,Yaxın-uzaq incimədi dilimdən,Şükür Haqqu əmməllərim düz oldu.
Bir mürgü tək leyü nahar hey uçdum,Bilənlərdən bilmədiyim soruşdum,Müxənnətnən, bimürvətnən vuruşdum,Nakəslərin dərdi artıb yüz oldu.
Gəlib gedir yaxşılar da yaman da,Qu tükündə, saman üstə yatanda,Aşıq Alı, nə qazandın cahanda?Səndən qalan qatar-qatar söz oldu.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-soz-oldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qasid, tezcə yardan gətir bir xəbər,Ol gülü-xəndanım neçün ağlayır?
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Daldala sin-sinSədası, ləhcəsi nə şirin əsəl,Səs çəkər - qaqqıldar daldala, sin-sin.