Qocalmışam
Ala gözlüm, sən nə məlul durursan,Sən görən deyiləm, yar qocalmışam.Qaymaq dodaq, gül yanaqlı bəxtəvər,Gəlibdi gözümə tor qocalmışam.
Dəhanda dişlərim gəlib amana,Qədd əyilib, belim dönüb kamana.Dolanıb rüzigar, dönüb zamana,Tərlan baxtım olub sar, qocalmışam.
Bu fani dünyadı heç kəsə qalmaz,Seyraqub çırağı başatan yanmaz.Heç kəsə qalmayıb, xana da qalmaz,Arıyıb-axtarıb kar, qocalmışam.
Könül qubarlanıb tutanda bəhsi,Gələndə guşuma müxənnət səsi.Müddəi eyləyib hər işin tərsi,Çox zülüm eyləyib çar, qocalmışam.
Tüsdü qalxıb duman gəzir başımda,Ataş qaynar ürəyimdə, döşümdə.Alıyam, olmuşam doxsan yaşımda,Ağarıb saqqalım, çal, qocalmışam.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-qocalmisam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yeri-göyü xəlq eyləyən, bu mövhüməvraya gəl,Haqqı nannahaq arası düşüb dü davaya, gəl.
AğlamaAylar-illər mən yolunu gözlədim,Düz ilqarlı Bəsti xanım, ağlama.
AğlaramSəni xəstə gördüm qəlbim qan oldu,Ayıl bu qəflətdən, ellər, ağlaram.
Ağrı dağıHavalanıb ərş üzünə qalxıbsan,Dağların sərdarı, nər Ağrı Dağı.
Başqa şairlərin şeirləri
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Çün cəmalın pərtövi-sübhi-kəramətdür manaÇün cəmalın pərtövi-sübhi-kəramətdür mana,Bir nəfəs kim, görməzəm şami-qiyamətdür mana.
Yenə sən oldunƏhsən qeyrətinə, anam gəlini,Dar gündə vəfalı yenə sən oldun!