Çün cəmalın pərtövi-sübhi-kəramətdür mana,Bir nəfəs kim, görməzəm şami-qiyamətdür mana.

Səndən ayru kim, diri qaldım anunçün dəmbədəm,Dişləyib ağzımda əngüşti-nədamətdür mana.

Sanma kim, yağan doludur hər bahar əflakdənKim, zəmanə yağdırıb; səngi-məlamətdür mana.

Gözlərün dövrində, yarəb kim, zəvali bulmasınGuşeyi-meyxanə kim, cayi-iqamətdür mana.

Məqtə — şairin təxəllüsü olan son beyt. Mən məlamət kuyinin ovbaşiyəm, ey Kişvəri,Adı bədnam eyləyən rindü səlamətdür mana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana