Ey səfayi-sübhdəm, sübh visalın sədqəsi,Pərtövi-şəm’i-fələk şəm’i-cəmalın sədqəsi.

Gögdə mahi-no bilə, yer yüzdəki mehrablar,Vəsməlü mehrab əbruyi-hilalın sədqəsi.

Sünbüli-səhrayi-naz aşüftə saçınğa fəda,Nafeyi-ahuyi-Çin çeşmi-ğəzalın sədqəsi.

Qamətin, yüzün nihalidür İrəm gülzarinin,Ey İrəm gülzari, ol novrəs nihalın sədqəsi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ləbləründən Kişvəri tək xəstəyə bir busə ver,Ya zəkati-hüsn içün, ya ömrü malın sədqəsi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar