Ötti iş andan ki, daxı dərdimə dərman qılay
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ötti iş andan ki, daxı dərdimə dərman qılay,İmdi fikrim budurur kim, can sana qurban qılay.
Xanüman tərkin qılıb keçdüm sərü samanidən,Getti ol kim, daxı fikri-sərü saman qılay.
Gözlərüm Yə’qub tək kor olsun, ey İsanəfəs,Kim, sən olan yerdə yad Yusifi-Kən’an qılay.
Mərdömi-çeşmüm ki, düşdi xaki-payından irax,Yox əcəb gər ağlamaqdan dəmbədəm tufan qılay.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dedi kim, keç yardin, ya canidin, ey Kişvəri,Yar tərki müşkül irür, gəl ki, tərki-can qılay.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-otti-is-andan-ki-daxi-derdime-derman-qilay
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə bir haziq təbibim var ki, mühlik dərdimi görsün,Nə bir sadiq rəfiqim var ki, kahi halımı sorsun.
Rəqib bir gecə kim, yanında sahib ixtiyar olsunRəqib bir gecə kim, yanında sahib ixtiyar olsun,Nə dərdim var mənim andan, mana tək yar yar olsun.
Vəh-vəh, nə atəşparəsən bu cameyi-gülgun bilənVəh-vəh, nə atəşparəsən bu cameyi-gülgun bilən,Yusif dirilmiş guyiya pirahəni-pürxun bilən.
Gəldi ol gün kim, cünun əhlinə həmdəm bolğamənGəldi ol gün kim, cünun əhlinə həmdəm bolğamən,Namü nəngi tərk edüb rüsvayi-aləm bolğamən.