Rəqib bir gecə kim, yanında sahib ixtiyar olsun,Nə dərdim var mənim andan, mana tək yar yar olsun.

Sənün eşqində can vermək mana asandurur, cana,Əgər qövlün ola, qövlü qərarın bərqərar olsun.

Yüzin tək bir güli-cənnət daxı mümkin iməz bitmək,Gərək hər yil cəhan gülzaridə yüz min bəhar olsun.

Neçə xurşid ilə ay, qılsalar gög səqfində cövlan,Götür bürqə’ cəmalından kim, anlar şərmisar olsun.

Məqtə — şairin təxəllüsü olan son beyt. Dəhanın vəsfini kim, söylərəm ey ğönçeyi-xəndan,Edür hər kim eşitsə, Kişvərinin ağzı var olsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq