Bu cəhanda bir güli-baği-cinandır sevdigim,Gül degil kim, bir nihali-ərğəvandır sevdigim.

Mehribanlar tək sevər könlüm bir onu, vay kim,Bir qulağı həlqəlicə türkimandır sevdigim.

Pir boldum həsrətindən sormadı bir gün məni,Pir bolsun kim, əcəb bədxu cəvandır sevdigim.

Damənim göz qanından andın ləbaləb doldu kim,Bir bəlayi-daməni-axirzəmandır sevdigim.

Kimdir ol türki-Xütən demiş filanın sevdigi,Bir qulağı həlqəlicə türkimandır sevdigim.Qılma eyb, ey pəndgu, çəksəm itabü naziniKim, bəğayət nazikü nazikiyandır sevdigim.

Necə yaxşılıq qılurmən bilməzəm, ey Kişvəri,Kim, mənümlən bisəbəb neçün yamandır sevdigim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq