Ey donu qızıl, bənzi qızıl, müşki kəlalə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey donu qızıl, bənzi qızıl, müşki kəlalə,Sənsən çəməni-hüsnara bir dəstəyi-lalə.
Ətrafi-yüzində xəti-səbzin nəyə bənzər,Bir parə şəbi-çardəhün gərdidə halə.
İncu təki dişlər dahənində nəyə oxşar,Bir ğönçeyi-xəndanə içi dopdolu jalə.
Xunabəyi-həsrət içərəm kim, nə səbəbdən,Sən badə içərkən ləbuni öpdi piyalə.
Ey qəddi sənubər, xəti reyhan, ləbi ğönçə,Vey kakili sünbül, yüzi gül, çeşmi ğəzalə.
Dedim ki, sana bir qulam, üştə yüzüm üzrə,Qan birlə yazar mərdüməki-didə qəbalə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Keçdi vərə’i-zöhd çehel salədən asan,Qul Kişvəri ta tapdı büti-çardəh salə.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-ey-donu-qizil-benzi-qizil-muski-kelale
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dəmi-rühul qüds cana, ləbi-şəkkərfəşanındur,Hidayət şəm’i kim, derlər zəmiri-xordedanındur.
Bizdən sarı ol mah könülni savudubdurBizdən sarı ol mah könülni savudubdur,Yarəb, nə bəla, əhli-vəfani unudubdur.
Yarsız qaldım yenə, biyarlıq müşküldürürYarsız qaldım yenə, biyarlıq müşküldürür,Biənisü munisü ğəmxarlıq müşküldürür.
Mənim bir dilbərim var kim, ləbü göftari gögçəkdürMənim bir dilbərim var kim, ləbü göftari gögçəkdür,Tənü əndami bəs nazik, qədü rəftari gögçəkdür.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Çökdüm yerə, tutdum əlini mən naçar.
Truppa deyirQoy törənsin min cürə yersiz rəzalət səhnədə,Eylərik zira bununla biz ticarət səhnədə.
Gülşəni-raz, fəsil 55شراب و شمع و شاهد را چه معنی استخراباتی شدن آخر چه دعوی است
غنچهای گفت به پژمرده گلیکه ز اَیّام، دلت زود آزرد