Bizdən sarı ol mah könülni savudubdur,Yarəb, nə bəla, əhli-vəfani unudubdur.

Kuyindən irağ düşdülər əhbabi-vəfadar,Ta həzrətinə şumi-rəqibi yadurubdur.

Gül pirəhənindən əsəri zahir olubdur.Hər xuni-cigər bülbüli-miskin ki, yudubdur.

Sər ta qədəmim basdı xəyali-səri-zülfi,Gör sarmaşuği necə bu nəxli qurudubdur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Derlər ki, sana yardur, ey Kişvəri, şux ol,Eylə dəgül axı, nə əcayib yaradıbdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq