Yüzün sübhi-kəramətdür, kəramət,Saçın şami-qiyamətdür, qiyamət.

Bu kim, ağzımda qalmış həsrətindən,Səri-əngüşt nədamətdür, nədamət.Yağan sən yar içün əgyar əlindənMana səngi-məlamətdür, məlamət.

Gözümdə qıl vətən, ey sərv boyluKi, xoş cayi-iqamətdür, iqamət.

Sana qul Kişvəri ta aşiq oldu,Bərüsvayi-məlamətdür, məlamət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq